Əsas Səhifə > XARİCİ XƏBƏR > Pakistan 2024-cü ildə BRİKS-ə qoşulmaq üçün müraciət edib
Pakistan 2024-cü ildə BRİKS-ə qoşulmaq üçün müraciət edib22-11-2023, 07:41 |
Pakistan 2024-cü ildə BRİKS-ə qoşulmaq üçün müraciət edib və respublikanın assosiasiyaya qoşulması məsələsində Rusiyanın köməyinə ümid edir. Şəffaflıq.az xəbər verir ki, bu barədə Pakistanın Rusiyadakı yeni səfiri Məhəmməd Xalid Camali TASS-a müsahibəsində deyib. “Biz artıq ərizə təqdim etmişik. Pakistanın üzvlüyünü dəstəkləmək üçün üzv ölkələrlə əlaqə saxlayırıq və Rusiyanın köməyinə ümid edirik”, – deyə diplomatik missiyanın rəhbəri ölkənin bu birliyə qoşulmaqda maraqlı olub-olmaması ilə bağlı suala cavab verib. Səfir qeyd edib ki, İslamabad 2024-cü ildə artıq Rusiyanın sədrliyi dövründə BRİKS-ə qoşulmağı gözləyir. “Bəli. Bu doğrudur”, – o, müvafiq suala cavab verdi. Geri qayıt |