Ləğv prosesində olan bankın 2,5 milyon manatlıq əmlakı hərraca çıxarılır


Dekabrın 18-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atra Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə hərrac keçiriləcək.

Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

Söhbət Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 48E ünvanında yerləşən 1 157,7 kvadratmetrlik fərdi yaşayış evindən gedir. Əmlaka 2,56 milyon manat qiymət qoyulub.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}