ADIF "Dəmir Bank"ın əmlakını 15% aşağı qiymətlə hərraca çıxarır

 Aprelin 6-da "Bakı Hərrac Mərkəzi" MMC-də ləğv prosesində olan "Dəmir Bank" ASC-nin daşınmaz əmlakının satışı üzrə növbəti açıq hərrac keçiriləcək.
Şəffaflıq.az  xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) məlumat yayıb.
Xatırladaq ki, söhbət Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, məhəllə 593, ev 64 ünvanında yerləşən fərdi yaşayış sahəsindən (ümumi sahəsi 91 kv.m) gedir. Əmlakın satışı üçün martın 16-na nəzərdə tutulmuş hərrac baş tutmadığından onun qiyməti 15% azaldılaraq 121 000 manatdan 102 850 manata endirilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}