Azərbaycanda yataq hərraca çıxarılır: İddiaçılara minimal məbləğ açıqlandı
Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən 12 iyul tarixində faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə növbəti hərrac təşkil ediləcək.
İqtisadiyyat Nazirliyindan verilən məlumata əsasən, hərraca Qobustan rayonunda yerləşən “Atyal” dolomit yatağının 34 min 400 kvadrat metr sahəsi çıxarılacaq.
“Atyal” dolomit yatağının istifadəyə verilməsi üzrə keçiriləcək hərracda iştirakla bağlı iddiaçılar sənədləri 23 iyun 2021-ci il saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilərlər.
Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında və özəlləşdirmə portalında tanış olmaq olar.
Şəffaflıq.az
Facebook-da paylaş