Növbəti hərracda 101 dövlət əmlakı özəlləşdiriləcək
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərracın tarixi açıqlanıb.
Dövlət xidmətindən verilən məlumata əsasən, növbəti hərrac 30 mart tarixində təşkil ediləcək. Hərraca 101 dövlət əmlakı çıxarılacaq. Bunlardan 25-i kiçik dövlət müəssisə və obyekti, 36-sı nəqliyyat vasitəsi, 40-ı isə səhmdar cəmiyyətlərinin dövlətə məxsus səhm paketləridir.
Bildirilib ki, təşkil edilən hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərə seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.
Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.
Şəffaflıq.az
Facebook-da paylaş