Dövlətə məxsus üç nəqliyyat vasitəsi özəlləşdirilib

 

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti özəlləşdirmə hərracı təşkil olunub.

Şəffaflıq.az bildirir ki, Komitədən verilən məlumata əsasən, hərracda üç nəqliyyat vasitəsi özəlləşdirilib.

Məlumatda bildirilib ki, hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslər üçün seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə bilərlər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}