Ən ucuz qiymətlərlə avtomobillər satışa çıxarılır - QİYMƏTLƏR + FOTO

 3 avqust və 10 avqust tarixlərində özəlləşdirmə hərracları təşkil ediləcək.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, avqustun 3-ü keçiriləcək hərraca 15 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili, 10 avqustda təşkil olunacaq hərraca isə 17 nəqliyyat vasitəsi çıxarılacaq.
Hərraca çıxarılan nəqliyyat vasitələrinin qiyməti 1350 manatdan başlayır. Avtomobillər üçün başlanğıc qiymətləri 7200 manata qədər artır. Qeyd edək ki, hərracda RK “Nauçnıy” gəmisi də satışa çıxarılacaq. Onun hərracda başlanğıc qiyməti 36 000 manatdan başlayır.
 
Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər xidmətin rəsmi saytına və ya özəlləşdirmə portalına daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib, sifarişçi statusu ala bilərlər.
Hərrac günü hər kəs Elektron Xidmətlər Portalında “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}