Əsas Səhifə > Hadisə > Ləğv prosesində olan bankın 2,5 milyon manatlıq əmlakı hərraca çıxarılır
Ləğv prosesində olan bankın 2,5 milyon manatlıq əmlakı hərraca çıxarılır20-11-2023, 12:50 |
Dekabrın 18-də “Bakı Hərrac Mərkəzi” MMC-də ləğv prosesində olan “Atra Bank” ASC-nin daşınmaz əmlakının satışı üzrə hərrac keçiriləcək. Bu barədə Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb. Söhbət Bakı şəhəri, Nərimanov rayonu, Akademik Ziya Bünyadov prospekti, 48E ünvanında yerləşən 1 157,7 kvadratmetrlik fərdi yaşayış evindən gedir. Əmlaka 2,56 milyon manat qiymət qoyulub. Şəffaflıq.az Geri qayıt |