ABŞ HHQ İranın Suriyadakı proksi-qruplaşmalarına aviazərbələr endirib
Bir neçə dəqiqə öncə ABŞ-nin döyüş təyyarələri İranın Suriyadakı proksi-qruplaşmalarına aviazərbələr endirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Bölgədəki ABŞ qoşunlarına hücumlara cavab olaraq F-16 və F-15-lər Suriyadakı hədəfləri vurmaq üçün istifadə edilib”, – telekanal diqqətə çatdırıb. Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti də məsələ ilə bağlı “Bu gün (ABŞ vaxtı ilə oktyabrın 26-da) Prezident Baydenin əmrinə əsasən, ABŞ hərbi qüvvələri Suriyanın şərqində İranın İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qruplar tərəfindən istifadə edilən iki obyektə legitim özünümüdafiə hücumu həyata keçirib”.
Xəbəri paylaş
Facebook-da paylaş