Əsas Səhifə > XARİCİ XƏBƏR > ABŞ HHQ İranın Suriyadakı proksi-qruplaşmalarına aviazərbələr endirib

ABŞ HHQ İranın Suriyadakı proksi-qruplaşmalarına aviazərbələr endirib


27-10-2023, 09:34


Bir neçə dəqiqə öncə ABŞ-nin döyüş təyyarələri İranın Suriyadakı proksi-qruplaşmalarına aviazərbələr endirib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə

“Fox News” məlumat yayıb.

“Bölgədəki ABŞ qoşunlarına hücumlara cavab olaraq F-16 və F-15-lər Suriyadakı hədəfləri vurmaq üçün istifadə edilib”, – telekanal diqqətə çatdırıb.

Eyni zamanda, ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti də məsələ ilə bağlı

açıqlama yayıb:

“Bu gün (ABŞ vaxtı ilə oktyabrın 26-da) Prezident Baydenin əmrinə əsasən, ABŞ hərbi qüvvələri Suriyanın şərqində İranın İslam İnqilabı Keşikçiləri Korpusu və ona bağlı qruplar tərəfindən istifadə edilən iki obyektə legitim özünümüdafiə hücumu həyata keçirib”.


Geri qayıt