ABŞ Yaxın Şərqə qoşun göndərməyi düşünür


ABŞ Yaxın Şərqə qoşun göndərməkdən imtinasını yenidən nəzərdən keçirə bilər.

Şəffaflıq.az xəbər verir ki, bu barədə “Politico” qəzeti prezident Cozef Baydenin administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb.

Belə ki, qərara yenidən baxılması ideyası HƏMAS-ın girov böhranı ilə əlaqədar gündəmə gəlib.

“Bayden administrasiyası girov saxlanılan amerikalıların azad edilməsi səyləri çərçivəsində Qəzzaya qoşunlar, o cümlədən xüsusi təyinatlılar göndərilməsini istisna edib. Lakin Ağ Evin yüksək rütbəli rəsmisi tərəfindən açıqlanan qərara yenidən baxıla bilər”,-məlumatda vurğulanıb.

Nəşr qeyd edib ki, yekun nəticə münaqişənin eskalasiya səviyyəsindən asılı olacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}