Koronavirusun yeni ştamları yayılır: bəşəriyyəti nə gözləyir?


 

Bir çox mütəxəssislər hesab edirlər ki, aparılan vaksinasiya prosesi nəticəsində dünya COVİD bəlasından xilas olacaq, lakin...

Dünyada koronavirusa qarşı vaksinasiya prosesi davam edir. Artıq günlük yoluxmaların sayında azalma müşahidə edilir. Lakin dünya bu bəladan hələ tam xilas olmayıb.


Əvvəlcə statistikaya nəzər salaq. Belə ki, biz bu materialı hazırlayan zaman dünyada 107 milyon 469 min 898 nəfər koronavirusa yoluxub. Bu virus səbəbindən indiyə qədər 2 milyon 353 min 883 nəfər dünyasını dəyişib. İndiyədək müalicə alaraq sağalanlar isə 79 min 400 min 992 nəfərdir. Hazırda xəstələrin arasında 102 min 611 nəfərin vəziyyəti ağırdır. Bu isə ümumi xəstələrin cəmi 0.4 faizi deməkdir.


Son 24 saat ərzində dünyada 383 min 806 nəfər koronavirusa yoluxub ki, bu da payız ayları ilə müqayisədə 2 dəfəyə qədər aşağı göstəricidir. Dünyada koronavirusdan günlük ölənlərin sayı isə 13 min 214 nəfərdir. Bu sayda da azalma var.

Bəs bu gedişlə mart ayından etibarən karantin rejimləri aradan qaldırıla bilərmi?


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, dünyada COVİD-19-a yeni yoluxma hallarının sayının azalması fonunda yeni mutasiyalarının aşkar olunduğu ölkələrin sayı artmaqda davam edir.


“Yoluxma sayları ötən həftə 3,1 milyon idi. Daha əvvəlki həftə ilə müqayisədə 17% az. Bu, 26 oktyabrda (15 həftə əvvəl) başlayan dövrdən ən aşağı həftəlik göstəricidir. Koronavirusdan ölümlərin sayı da həmçinin ikinci həftədir ardıcıl azalır: - ötən həftə 88 000 ölüm qeydə alınmışdı. Bu, əvvəlki həftə ilə müqayisədə 10% azdır”, - xəbərdə deyilir.


Təşkilatın məlumatına görə, koronavirusun narahatlığa səbəb olan növlərinin yayılması davam edir. “Britaniya” ştammı artıq 86 ölkədə aşkarlanıb. Eyni zamanda “Cənubi Afrika” ştammı 44 ölkədə qeydə alınıb. Bununla yanaşı, 15 ölkə də öz ərazisində “Braziliya/Yaponiya” ştammının aşkarlandığını açıqlayıb.

Şəffaflıq.az-ın "Yeni Musdavat"a istinadən məlumatına görə İnfeksionist Mərdan Əliyev bildirib ki, hazırda yeni ştamlar ortaya çıxsa da, prosesin hansı formada inkişaf edəcəyini söyləmək çətindir:


“Yeni ştamlar mutasiya nəticəsində yaranır və bunun yaxşı və ya pis olduğu bilinmir. Məsələ burasındadır ki, yayılan yeni ştamlar əslində ümumi işin faydasına da ola bilər. Yəni virus mutasiyaya uğrayaraq, getdikcə yox ola bilər. Hazırda sonuncu yaranan mutasiya ilə virusun, sadəcə, yoluxma sürəti artıb. Digər yan təsirlər barədə məlumat yoxdur. Bəzi mütəxəssislər bildirirlər ki, bu, yaxşı haldır və virusun mutasiyaya uğraması onun məhvinə aparır. Ancaq bütün bu irəli sürülən fikirlərin nə qədər doğru olub-olmadığını da zaman göstərəcək. Hələ ki konkret fikir söyləmək çətindir”.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}