Naxçıvanda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Naxçıvan MR Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən sürücü saxlanılıb. Şəffaflıq.az xəbər verir ki, Naxçıvan şəhəri ərazisində hərəkətdə olan "Saipa Tiba" markalı avtomobilin sürücüsünə qayda pozuntusuna yol verdiyi üçün saxla işarəsi verilib. Nəqliyyat vasitəsini idarə edən Arzu Səfərovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan tibbi müayinədən keçirilməsi təmin olunub. Müayinənin nəticəsinə əsasən A.Səfərovun narkotik vasitə istifadə etdiyi məlum olub. Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.
Facebook-da paylaş
