Ucarda avtomobil piyadanı vuraraq öldürüb
Ucarda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib. Belə ki, 1989-cu il təvəllüdlü Mirzəxan Tahir oğlu Həşimov idarə etdiyi "Hyundai" markalı yük maşını ilə piyada, 1954-cü il təvəllüdlü Gülşən Məhəmmədəli qızı Həmidovanı vurub. Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərildikdən sonra Göyçay Rayon Mərkəzi Xəstəxanasına göndərilib. Lakin G.Həmidova orada ölüb. Faktla bağlı araşdırma aparılır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
