Azərbaycan və Ermənistandan Gürcüstana qanunsuz keçməyə cəhd edən şəxslər saxlanılıb
Gürcüstan Sərhəd Polisi əməkdaşları "Sadaxlı" və "Vaxtanqisi" sərhəd sektorlarında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dörd xarici ölkə vətəndaşını saxlayıb. Şəffaflıq.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Sərhəd Polisindən verilən məlumata görə, saxlanılanlardan 1979 və 1993-cü il təvəllüdlü şəxslər Ermənistan, 1989 və 2006-cı il təvəllüdlü şəxslər isə Azərbaycan vətəndaşlarıdır. Onlar Gürcüstan ərazisinə sərhəd nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz daxil olmağa cəhd ediblər. Faktla bağlı Cinayət Məcəlləsinin 344-cü maddəsi üzrə cinayət işi başlanıb. Qanunvericiliyə əsasən, dövlət sərhədini qanunsuz keçməyə görə 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Facebook-da paylaş
