Ağdərənin Vəngli kəndinə növbəti köç karvanı yola salınıb
Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb. "Report"un Ağdərəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu mərhələdə kəndə 105 nəfərdən ibarət 29 ailə köçürülür. Köç edən ailələr ölkənin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, bu köçlə Vəngli kəndinə köçürülən ailələrin sayı 51-ə (158 nəfər) çatacaq. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
