Xocalının Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb
Xocalı rayonunun Xanyurdu kəndinə növbəti köç karvanı yola salınıb. "Report"un Xocalıya ezam olunmuş əməkdaşı xəbər verir ki, rayonun Xanyurdu kəndinə köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Xanyurdu kəndinə 46 nəfərdən ibarət 15 ailə köçürülür. Beləliklə, bu köçlə Xocalı rayonunun Xanyurdu kəndinə köçürülən ailələrin sayı 69-a (237 nəfər) çatacaq. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş
