Ağdərənin Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç karvanı yola salınıb. "Report"un Qarabağ bürosunun Ağdərəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu, yenidən qurulan Həsənriz kəndinə köçürülmənin 4-cü mərhələsidir. Bu mərhələdə kəndə 20 ailə (68 nəfər) köçürülür. Həsənriz kəndinə köç edən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Xəbəri paylaş
Facebook-da paylaş
