Xocalının Ballıca kəndinə növbəti köç yola salınıb
Xocalı rayonunun Ballıca kəndinə növbəti köç yola salınıb. Şəffaflıq.az xəbər verir ki, Ballıca kəndinə köç edənlər ölkənin müxtəlif bölgələrində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə kəndə 24 ailə (98 nəfər) köçürülür. Qeyd edək ki, bununla Ballıcaya köçürülən ailələrin sayı 136-ya (660 nəfər) çatacaq.
Xəbəri paylaş
Facebook-da paylaş
