Ağdamda zorakılığa məruz qalan uşağın son durumu açıqlanıb


Ağdamda valideyinlərinin zorakılıq tətbiq etdiyi azyaşlının müalicəsi Respublika Neyrocərrahiyyə Xəstəxanasının Uşaq neyrocərrahiyyəsi şöbəsində davam etdirilir.

TƏBİB-dən bildirilib ki, iki yaşlı körpənin vəziyyəti stabil olaraq qiymətləndirilir.

Xatırladaq ki, avqustun 27-də komatoz vəziyyətdə Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan azyaşlı zəruri tibbi xidmət göstərildikdən sonra, daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub. Pasiyentin üzərində subdural hematomanın boşaldılması, dekompressiv kraniotomiya əməliyyatı icra olunub.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}