Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində xüsusi iclası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində keçirilən xüsusi iclas başa çatıb. Şəffaflıq.az xəbər verir ki, deputatlar Ermənistanla Azərbaycan arasındakı sülh prosesi üzrə Vaşinqton razılaşmalarını müzakirə ediblər. İclasda Azərbaycanın bu istiqamətdəki xarici siyasəti yüksək qiymətləndirilib. Yekunda sədr Sahibə Qafarova Milli Məclis adından Prezident İlham Əliyevə minnətdarlıq edib: "Azərbaycan yenə də göstərdi ki, həm döyüş meydanında qələbə qazanmağa, həm də danışıqlar masasında uğur əldə etməyə qadirdir". Daha sonra "Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi" mövzusuna həsr edilmiş xüsusi iclas dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
Facebook-da paylaş
