Bakının Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb. Şəffaflıq.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. Şahbuz rayon sakini, 1975-ci il təvəllüdlü Cəfərov Elsəvər Hüseyn oğlu yolun əks tərəfinə keçərkən onu minik avtomobili vurub. Yaralı ağır ... Ətraflı »
Paytaxtda Naxçıvan sakinini avtomobil vurub

Qəbələdə avtomobil körpüdən aşdı: Ata və oğlu xəsarət aldı

Bu gün saat 15 radələrində Qəbələ rayonunun Bılıx kəndi ərazisində VAZ-2106 markalı avtomobilin sürücüsü Zülfüqar Göyüşov idarəetməni itirib və nəqliyyat vasitəsi körpüdən aşıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, nəticədə sürücü ... Ətraflı »
Bakıda 20 yaşlı qız yenidən itkin düşdü

Bakıda 20 yaşlı qız yenidən itkin düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib. Bildirilib ki, Xəzər rayonu Binə qəsəbəsində yaşayan N.İsmayılov Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə ərizə ilə müraciət edərək qeyd edib ki, qızı 2003-cü il təvəllüdlü Əfsanə ... Ətraflı »
Goranboyda evlər qarət olunub

Goranboy rayonunda evlər qarət olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, rayon ərazisindəki evlərin birindən 7000 manat pul və qızıl-zinət əşyaları oğurlanıb. Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri ... Ətraflı »
Bakıda yeniyetmə anasını qətlə yetirib - MƏHKƏMƏ İŞİ

Bakı Apellyasiya Məhkəməsində anasını qətlə yetirməkdə təqsirləndirilən İdeal Məmmədzadə barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket ... Ətraflı »
Sumqayıtda müəllim vəfat etdi - FOTO

Sumqayıt təhsil müəssisəsinin müəllimi vəfat edib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Sumqayıt şəhər 5 saylı tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş Adilə Zülfüqarova dünyasını dəyişib. Şəffaflıq.az ... Ətraflı »
Lənkəranda evdə oynayarkən yıxılan azyaşlı öldü

Lənkəranda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. “Qafqazinfo” xəbər verir ki, rayonun Liman qəsəbə sakini olan 6 yaşlı İ.Fərəcli martın 26-da evdə oynayarkən yıxılaraq xəsarət alıb. Azyaşlı xəstəxanaya yerləşdirilsə də, martın 30-da vəfat edib. Faktla bağlı araşdırma aparılır. ... Ətraflı »
Şəmkirdə kişinin asılmış meyiti tapıldı

Şəmkir rayonunda intihar baş verib. Şəffaflıq.az -ın xəbərinə görə, hadisə rayonun Keçili kəndində qeydə alınıb. Kənd sakini, 41 yaşlı İlqar Tahir oğlu Verdiyev yaşadığı evin həyətində özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil. Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır. ... Ətraflı »
Qubada dörd yaşlı uşaq bədbəxt hadisə nəticəsində öldü

Quba rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb. Şəffaflıq.az -ın məlumatına görə, hadisə rayonun Hacıqayıb kəndində qeydə alınıb. Kənd sakini Azər Kamilov həyətyanı sahədə ağacları dərmanlayan zaman 4 yaşlı övladı işlək vəziyyətdə olan aparata ilişib və aldığı xəsarətlərdən dünyasını ... Ətraflı »
Bakıda avtomobil aşıb: Ölən var

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəffaflıq.az xəbər verir ki, hadisəsi Maştağa qəsəbəsində qeydə alınıb. 2002-ci il təvəllüdlü Rəcəbov Bilal Füzuli oğlu “Toyota Prius” markalı avtomobildə sükana nəzarəti itirib və nəqliyyat vasitəsi aşıb. Hadisə zamanı sürücü aldığı ... Ətraflı »
{sape_links}{sape_article}








