BƏƏ İranla ticarət və maliyyə əməliyyatlarını dayandırıb


BƏƏ Yaxın Şərqdəki regional eskalasiya fonunda İranla bütün ticarəti dayandırıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin Strateji Kommunikasiyalar Departamentinin direktoru Afra Əl Hamelinin bəyanatında bildirilib.

O, iki ölkə arasındakı iqtisadi münasibətlərin vəziyyəti ilə bağlı iddiaları rədd edib.

Əl Hameli vurğulayıb ki, regional və beynəlxalq sülhü və təhlükəsizliyi sarsıdan regional eskalasiya ilə əlaqədar İranla bütün ticarət, kommersiya mübadiləsi və maliyyə əməliyyatları növbəti bildirişə qədər dayandırılıb.

O, həmçinin bildirib ki, BƏƏ beynəlxalq hüquqa və ən yüksək dünya standartlarına uyğun olaraq beynəlxalq maliyyə sisteminin bütövlüyünün qorunmasına əvvəlkitək qəti şəkildə sadiqdir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}