Hindistanda ildırım vurması nəticəsində azı 20 nəfər ölüb
Hindistanın qərbindəki Qucarat ştatında son 24 saat ərzində ildırım vurması nəticəsində azı 20 nəfər ölüb. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması üzrə Dövlət Mərkəzi məlumat yayıb. Bildirilib ki, buna səbəb qeyri-adi güclü tufanlar olub. “Ştatın müxtəlif şəhərlərində əlverişsiz hava şəraiti və ildırım çaxması nəticəsində çoxlu sayda insan ölüm xəbəri məni dərindən kədərləndirib. Bu faciədə yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verirəm”, - Hindistanın daxili işlər naziri Amit Şah bildirib. Qeyd edilib ki, güclü leysan Qucaratın müxtəlif yerlərində əkin sahələrinə ziyan vurub. Hindistan Meteorologiya Departamenti ştatın müxtəlif bölgələrində 16 saat ərzində 50 mm-dən 117 mm-ə qədər yağıntı qeydə alındığını barədə məlumat yayıb.
Facebook-da paylaş