Azərbaycan Türkiyə vətəndaşını ölkəsinə ekstradisiya edib
Azərbaycan Türkiyə vətəndaşını ölkəsinə ekstradisiya edib. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, Türkiyədə bank kartından istifadə etməklə oğurluq əməlini törətməkdə təqsirləndirilərək 2020-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, beynəlxalq axtarışda olan, Türkiyə vətəndaşı, 1986-cı il təvəllüdlü Mehmet Yavuz İncesu cari ilin avqust ayında ölkədə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib. Məhkumun verilməsinə dair Sivas Cümhuriyyət Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. "Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona Əlavə Protokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə Türkiyənin səlahiyyətli orqanlarına təhvil verilib. Şəffaflıq.az
Facebook-da paylaş