DİN vətəndaşlara müraciət edib
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev kiberonlayn talamalarla bağlı vətəndaşlara müraciət edib. Şəffaflıq.az xəbər verir ki, müraciətdə bildirilir: "Kimsə sizə “bank kartınızı göndərin yardım edəcəm” - desə göndərməyin! Kimsə sizə satdığınız əşya, yaxud daşınmaz əmlakla bağlı “bank kartınızı göndərin beh verim” - desə göndərməyin! Kimsə sizə “kampaniya var - ucuz məhsullar var, ünvana pulsuz çatdırılır, onlayn ödəniş edin” - desə etməyin! Kimsə sizə “onlayn iş füsrəti var, pul köçürmələrindən qazana bilərsiz” - desə qoşulmayın! Hamısı yalandır! Çağırış edirik, dəstək xahiş edirik. Vətəndaşları məlumatdırmalıyıq: Kömək edin!"
Xəbəri paylaş
Facebook-da paylaş