Kamerun-Mərkəzi Afrika Respublikası sərhədində qızıl mədəni çöküb, 100-ə yaxın insan ölüb
Kamerun və Mərkəzi Afrika Respublikasının sərhədində qızıl mədəninin çökməsi 100-ə yaxın insanın həyatına son qoyub. Şəffaflıq.az xəbər verir ki, bu barədə "Cameroononline" nəşri məlumat yayıb. Bir sıra xarici media ölənlərin sayının 107 nəfərə çatdığını bildirir. Mərkəzi Afrika Respublikasının ombudsmanı Loran Nqon-Baba bildirib ki, indiki mərhələdə qurbanların sayını dəqiqləşdirmək çətindir. Hadisə yerində xilasetmə işləri davam edir. Mədənçilərdən birinin sözlərinə görə, dağıntılar altında mədən işçilərinin olması ehtimal edilir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib.
Xəbəri paylaş
Facebook-da paylaş








