Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb


Şəmkirdə 9 gün əvvəl qəzaya düşən şəxs xəstəxanada ölüb.

“Report”un xəbərinə görə, hadisə aprelin 24-də Bakı-Qazax yolunun Şəmkir rayonu, Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Vaqif İsa oğlu Qəhrəmanov idarə etdiyi QAZ-2410 markalı avtomobillə hərəkətdə olan zaman yolun qarşı tərəfindən gələn Valeh Vahid oğlu Mustafayevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə toqquşub.

Nəticədə sürücülər - V.Qəhrəmanov və V.Musayev, eyni zamanda “Mercedes-Benz” markalı avtomobildə olan sərnişin Validə Məmməd qızı Məmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya müraciət ediblər.

V.Qəhrəmanov mayın 3-də xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}