Azərbaycanda daha bir sığorta şirkətinin rəhbər şəxsi cərimələnib


“PAŞA Sığorta” ASC-nin rəhbər şəxsi uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə cərimələnib.

Şəffaflıq.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, “PAŞA Sığorta”nın rəhbər şəxsi İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsinə müvafiq olaraq cərimə edilib.

Qeyd edək ki, cərimə “Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə” maddəsi ilə tərtib edilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}