Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında “Yaşıl dünya naminə Həmrəylik ili” və COP 29 çərçivəsində Ümumilli lider H. Əliyevin anadan olmasının 101-illiyinə həsr olunmuş V Elm Festivalı keçirilib.
S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyasında “Yaşıl dünya naminə Həmrəylik ili” və COP 29 çərçivəsində Ümumilli lider H. Əliyevin anadan olmasının 101-illiyinə həsr olunmuş V Elm Festivalı keçirilib. Şəffaflıq.az-ın məlumatına görə, öncə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Gimnaziyanın direktoru İlqar Talıbov çıxışında Elm festivalının keçirilməsində əsas məqsədin şagirdlərin elmə və texnologiyaya marağını gücləndirmək, elmi təfəkkür bacarıqları formalaşdırmaq olduğunu bildirdi. Eyni zamanda yeni elmi texnologiya və innovasiyaların təqdim olunması, elmi bilik və yeniliklərin populyarlaşdırılması, gənc nəsildə elmə olan marağı formalaşdırmaqdır. AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların meliorasiyası laboratoriyasının rəhbəri, aqrar elmlər doktoru Mustafa Mustafayev qeyd etdi ki, gimnaziyada keçirilən elm festivalı şagirdlərin elmi təfəkkür bacarıqlarını inkişaf etdirmək, elmə marağını artırmaq və gələcəyin alim və mühəndisləri kimi yetişdirmək üçün mühüm platformadır. Bu festival şagirdlərin elmi marağına təkan verir və onları maraqlı elm dünyasına yönəldir. Festivala təqdim olunan layihələr alimlərdən ibarət ekspertlər, yüksək ixtisaslı mütəxəssislər tərəfindən müxtəlif meyarlar əsasında qiymətləndirildikdən sonra qaliblər təltif edildi. Gimnaziyanın istedadlı şagirdlərinn iştirakı ilə Ümummilli Liderin xatirəsinə həsr olunan bədii proqram təqdim edilib. Festivalda Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Könül Məmmədli, Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi b.ü.f.d., dosent Zöhrə Müslümova, Azərbaycan Respublikası Elm və təhsil Nazirliyi Akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvü kimya institutunun böyük elmi işçisi Vilayət Məmmədov, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent. Zenfira Qədimova, Torpaqların meliorasiyası laboratoriyasının elmi işçisi Fərid Mustafayev, Fiziologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dissertant, elmi işçi. Afaq Nurullayeva, Kimya üzrə fəlsəfə doktoru. Faiq Məmmədov, Nicat İsayev, Tərəqqi medallı biologiya müəllimi Camal Kərimov, Azərbaycan Respublikası Elm və təhsil Nazirliyi, Mexanika və Riyaziyyat İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent İbrahim Məhərov, Fizika Institutu SS hazırlıq mərkəzinin təsissçisi Fizika üzrə fəlsəfə doktoru Məmmədova Səidə, fizika üzrə fəlsəfə doktoru, dosent Suma Hüseynova, BDU nun professoru, fizika elmləri doktoru Telman Qasımov, AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı iştirak edib. Qaliblər Uğur reklam agentliyinin direktoru Kərim Musa, Libra kitab evinin direktoru Veysəl Məmmədov , Libra kitab evində redaktor Əliyev Nicat, Quliyev İmamyar, StepUp hazırlıq mərkəzinin icraçı direktoru Pərvanə Maarif , Xarici əlaqələr üzrə mütəxəssis Əsma Ümid tərəfindən medal, sertifikat, təhsil kuponu, qiymətli hədiyyələrlə təltif edildi.
Facebook-da paylaş