Evində partlayış olan aktyordan xəbər var

 Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Cavid Telman müalicə aldığı xəstəxanadan evə buraxılıb. Şəffaflıq.az-ın məlumatına görə, evində partlayış olan və yanıq xəsarəti alan ənətçinin səhhəti getdikcə yaxşılaşır. Bu haqda teatrın ədəbi dram hissə müdiri Həmidə Rüstəmova "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, C.Telmanın səhhətində sürətli irəliləyiş getdiyindən və ciddi təhlükə yaşanmadığından o, qalan müalicəsini evində, yataq şəraitində davam etdirəcək.
Qeyd edək ki, bir neçə həftə əvvəl mənzilində qaz partlayışı nəticəsində yanıq xəsarətləri alan aktyor 5 nömrəli Şəhər Klinik Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilmişdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}