Nyu-Yorkda peyvəndin təsir etmədiyi koronavirus ştammı tapılıb


 

ABŞ-ın Nyu-York ştatında koronavirusun peyvəndin təsir etməyəcəyi iddia olunan növünə rast gəlinib.

Şəffaflıq.az “New York Times”-a istinadən xəbər verir ki, yeni mutasiyaya B.1.526 adı verilib.

İlk dəfə ötən ilin noyabrında rast gəlinən ştam fevralın ortasında sürətlə yayılmağa başlayıb.

Alimlər hesab edirlər ki, yeni mutasiya əvvəllər başqa ölkələrdə, o cümlədən Cənubi Afrikada da müəyyən olunan növlə oxşarlıq təşkil edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}