ABŞ-da təyyarə avtomobilin üstünə düşüb, ölən və xəsarət alan var

 

ABŞ-ın Los-Anceles şəhərinin (Kaliforniya ştatı) limanında birmühərrikli təyyarə yük maşınının üstünə düşüb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABC teleşirkəti bildirib.

Məlumata görə, hadisə nəticəsində pilot həlak olub, yük avtomobilində olan bir nəfər isə xəsarət alıb. Qeyd edilir ki, yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Əraziyə fövqəladə xidmətlərin əməkdaşları cəlb olunub. Hadisənin başvermə səbəbi hələ müəyyənləşdirilməyib. Liman ştat rejimində işləməyə davam edir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}