Ağcabədidə ağır qəza: 3 ölü, 4 yaralı - FOTO

 Dekabrın 17-də Ağcabədi rayonunda baş vermiş yol qəzasında xəsarət alan 4 nəfərin vəziyyəti orta-ağır olaraq qalır.
Bu barədə "Report"a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilir ki, qəzada xəsarət alan rayon sakinləri - 1984-cü il təvəllüdlü İsmayılov Tural, 1991-ci il təvəllüdlü Abdullayeva Günay, 2015- ci il təvəllüdlü Abdullayeva İlknur və 1994-cu il təvəllüdlü Abdullayeva Gülnur xəstəxananın Reanimasiya şöbəsində müalicə olunurlar.
Həkimlərin sözlərinə görə, 24 yaşlı Gülnur Abdullayevanın vəziyyəti daha ağır olduğundan Bakı şəhərindən xüsusi həkim briqadası cəlb olunub. Digər yaralıların da xəstəxana şəraitində müalicə və müayinəsi davam edir.
Ağcabədi rayonunda minik avtomobilinin ağaca çırpılması nəticəsində 3 nəfər ölüb, daha 4-ü isə yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
 Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}