COVID-19: Son sutkada Fransada 21 min 703 yeni yoluxma qeydə alınıb


 

Son sutkada Fransada COVID-19 virusuna 21 min 703 yeni yoluxma və 277 ölüm faktı qeydə alınıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Fransa Səhiyyə İdarəsi məlumat yayıb.

Məlumatda bildirilib ki, bununla da ölkədə koronavirus pandemiyasına yoluxanların ümumi sayı 2 milyon 727 mini ötüb, qurbanların sayı isə 66 min 841-ə çatıb. Xəstəxanalarda 25 minə yaxın koronavirus xəstəsi var. Reanimasiya şöbələrində 2616 nəfər intensiv müalicə alır.

Fransada Böyük Britaniya ştammına yoluxmuş 19 xəstə müəyyən olunub. Virusun insanların sıx olmadığı ucqar kəndlərdə intensiv yayılması narahatlıq doğurub.

Baş nazir Jan Kasteks ölkədə sanitar vəziyyətin normadan ağır olduğunu və son həftələrdə virusun yayılmasının intensivləşdiyini bildirib.

Vurğulayıb ki, yanvarın 20-də sanitar vəziyyətdən asılı olaraq yeni rejim qəbul ediləcək. Ölkənin 25 departamentində komendant saatının vaxtı dəyişdirilərək axşam saat 18:00-dən səhər 06:00-dək müəyyən olunub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}