Papanın növbəti tarixi səfəri

 

Roma Papası Fransisk 2021-ci ilin martında İraqa səfər edəcək. 


Şəffaflıq.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İraq Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, katoliklərin mənəvi lideri 5-8 mart tarixləri arasında səfər edəcək.

Nazirlik Papanın səfərinin bütün iraqlılar üçün böyük bir dəstək olacağını bildirərək səfəri tarixi bir hadisə olaraq xarakterizə edib.

İraq və bölgə üçün bir sülh mesajı olaraq qəbul edilən bu səfərin tolerantlığı, birgəyaşayışa təkan verəcəyi qeyd olunub.

Papa Fransiskin Bağdad, Ərbil və Mosulda danışıqlar aparacağı gözlənilir.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}