Dünyada koronavirusa yoluxanların sayı 7.5 milyonu keçdi -Yeni Faktlar


 

Dünyada və Azərbaycanda  koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. 

Günlük yoluxma sayı aprel ayı ilə müqayisədə xeyli artıb. Hazırda dünyada günlük yoluxma 130 mindən çoxdur və bu cür artım tempi davam edir.

Şəffaflıq.az xarici mətbuata istinadən bildirir ki, hazırkı saata görə, dünyada 7 milyon 546 min 633nəfər koronavirusa yoluxub. Ölənlərin ümumi sayı isə 421 min 676-a çatıb. Bu zamana qədər koronavirusdan dünyada 3 milyon 824  min 170 nəfər sağalıb. Eyni zamanda, hazırda 3 milyon 300  min 787 nəfər aktiv koronavirus xəstəsi var ki, onlardan da 53 min 888 nəfərinin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 2 faizini təşkil edir.

Dünyada koronavirusun əsarətində qalan ABŞ-da yoluxma sayı yenə də yüksək olaraq qalır. Hazırkı saata görə, ABŞ-da indiyədək 2 milyon 81 min 812 nəfər koronavirusa yoluxub. Son saatlarda 15 min 411  nəfər yoluxma, 656 nəfər isə ölüm halı qeydə alınıb.
 
Dünyada koronavirusa yoluxma sayına görə ikinci yerdə Braziliya gəlir. Hazırkı saata görə, bu ölkədə 12 min 305 nəfər yoluxub, 479 nəfər isə ölüb.

Dünya üzrə üçüncü yerdə şimal qonşumuz Rusiya gəlir. Rusiyada bu zamana qədər 502 min 436 nəfər koronavirusa yoluxub, 6 min 532 nəfər isə dünyasını dəyişib. Bu gün Rusiyada 8 min  779 nəfər yoluxub, 174 nəfər isə ölüb. Rusiyada 3 həftəyə yaxındır ki, günlük yoluxma qeyd etdiyimiz rəqəmlərin ətrafında olur.

Dördüncü sıraya Hindistan yüksəlib. Hindistanda ölüm və yoluxma halı sürətlə artır. Bu gün ölkədə 11 min 128 nəfər koronavirusa yoluxub, 394 nəfər isə dünyasını dəyişib.

5-ci gələn İngiltərədə bu gün 1266 nəfər yoluxub, 151 nəfər isə ölüb.

6-cı olan İspaniyada bu gün 427 nəfər yoluxub, ölən yoxdur. İspaniya artıq koronavirus kabusundan çıxıb. Bu ölkədə əvvəlki həftələrlə müqayisədə yoluxma sayında ciddi azalma var.

Siyahıda 7-ci İtaliyadır. İtaliyada bu gün 379 nəfər yoluxub, 53 nəfər isə ölüb. İtaliyada da əvvəlki həftələrlə müqayisdə ciddi şəkildə azalma var. Bu ölkə də artıq kabuslu günlərini arxada qoyub.

8-ci yerə isə Peru yüksəlib. Peruda gündəlik yoluxma açıqlanmayıb. Ümumilikdə bu ölkədə 208 min 823 nəfər yoluxub, 5 min 903 nəfər isə ölüb.


Almaniya siyahıda 9-cudur. Bu ölkədə son saatlarda cəmi 138 nəfər yoluxub, 5 nəfər isə dünyasını dəyişib.

10-cu yerdə qonşumuz İrandır. Bu ölkədə son saatlarda 2 min 218 nəfər yoluxub, 78 nəfər isə ölüb.

Dünyaya koronavirus Çindən yayılsa da, hazırda bu ölkə siyahıda 18-ci sıraya qədər enib. Bu gün Çində 11 nəfər yoluxub, ölən olmayıb...

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}