Dünyada koronavirusla bağlı son vəziyyət-yeni faktlar

 

Koronavirusa dünyada yoluxanların sayı 5 milyonu keçib...

Hələ də vaksini tapılmayan koronavirus (Covid-19) dünyada can almaqda davam edir. Bəzi ölkələrdə bu virusa yoluxmanın ikinci dalğası yaşanır. Eyni zamanda bir sıra ölkələr də var ki, həmin ölkələrdə koronavirusa yoluxma halları azalıb.  Bu baxımdan koronavirusa yoluxma sayını göstərən cədvəllərdə ölkələr tez-tez yer dəyişirlər.

Şəffaflıq.az xarici mənbələrə istinadən bildirir ki, hazırkı saata görə koronavirusa dünyada yoluxanların ümumi sayı 5 milyonu keçib. Belə ki, indiyədək dünyada  5 milyon 44 min 817 nəfər koronavirusa yoluxub.  Ölənlərin ümumi sayı isə 327 min 448-ə çatıb. Bu zamana qədər koronavirusdan dünyada 1 milyon 998  min 670 nəfər sağalıb. Eyni zamanda hazırda 2 milyon 718  min 699 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 45 min 256 nəfərinin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 2 faizini təşkil edir.

Dünyada koronavirusun əsarətində qalan ABŞ-da yoluxma sayı yenə də yüksək olaraq qalır. Lakin bu say, əvvəlki günlərlə müqayisədə  aşağıdır.  Hazırkı saata görə ABŞ-da indiyədək 1 milyon 579 min 387 nəfər koronavirusa yoluxub. Son saatlarda 8  min 804  nəfər yoluxma, 634 nəfər isə ölüm halı qeydə alınıb. 

Dünyada koronavirusa yoluxma sayına görə ikinci yerdə şimal qonşumuz Rusiya gəlir. Rusiyada bu zamana qədər 308 min 705 nəfər koronavirusa yoluxub, 2 min 972 nəfər isə dünyasını dəyişib. Bu gün Rusiyada 8 min 764 nəfər yoluxub, 135 nəfər isə ölüb.

Üçüncü sırada gələn İspaniyada bu gün 721 nəfər yoluxub, 110 nəfər isə ölüb. İspaniyada da ötən günlərlə müqayisədə az da olsa artım var. 


Dördüncü sıraya isə Brazilya yüksəlib. Brazilyada son saatlada 3  min 497 nəfər yoluxub,147  nəfər ölüb. Son saatlarda  İngiltərədə yoluxma göstərilməyib. 363 nəfərin bu virusdan dünyasını dəyişdiyi açıqlanıb. Siyahıda 6-cı olan İtaliyada bu gün 665 nəfər yoluxub, 161 nəfər isə ölüb. Ötən günlərlə müqayisədə İtaliyada həm yoluxma, həm də ölüm sayında artım var.

Növbəti sırada yer alan Fransada son saatlarda 766 nəfər yoluxub, bu virusdan 110 nəfərin öldüyü bildirilib.  Siyahıda 8-ci olan Almaniyada isə bu gün 517 nəfər yoluxub, 37 nəfər isə ölüb. Almaniyada hər gün yoluxan və ölənlərin sayı demək olar ki, eyni olur. 9-cu yerdə olan  Türkiyədə isə 972 nəfər yoluxub, 23 nəfər isə ölüb. Siyahıda 10-cu olan digər qonşumuz İranda isə bu gün 2 min 346 nəfər yoluxub, 64 nəfər isə ölüb. İranda yoluxma sayı ötən günlərlə müqayisədə artıb.

Dünyaya koronavirus Çindən yayılsa da, hazırda bu ölkə siyahıda 13 -cü sıraya qədər enib. Bu gün Çində 5nəfər yoluxub, ölən isə yoxdur. Çində indiyə qədər 82 min 965 nəfər koronavirusa yoluxub. Bu zamana qədər Çində koronavirusdan cəmi 4 min 634 nəfər ölüb.  

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}