DÜNYADA KORONAVİRUSA YOLUXANLARIN SAYI 4.1 MİLYONU KEÇDİ

 

Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Artıq bəzi ölkələrdə ikinci dalğa yaşanır.  

Şəffaflıq.az xarici mənbələrə istinadən bildirir ki, bu gün səhər saatlarına olan məlumata görə koronavirusa dünyada yoluxanların ümumi sayı 4 milyon 100 mini ötüb.

Ölənlərin ümumi sayı isə 278 minə çatıb. Bu zamana qədər koronavirusdan dünyada 1 milyon 405 min 42 nəfər sağalıb. 

Eyni zamanda hazırda 2 milyon 361 min 576 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 48 min 4 nəfərinin vəziyyəti ağırdır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}