Dünyada dünən 71 min 942 nəfər koronavirusa yoluxub - SİYAHI

 

Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Lakin bəzi ölkələrdə pik hədd artıq geridə qalıb. Həmin ölkələrdə yoluxma sayı əvvəlki həftələrlə müqayisədə xeyli aşağı enib. Eyni zamanda ABŞ və İngiltərə istisna olmaqla ilk sırada yer alan ölkələrdə bu günlərdə ölüm sayı da azalan xəttə keçib. Şimal qonşumuz Rusiyada isə artım tempi getdikcə yüksəlir...

Şəffaflıq.az xarici mətbuata istinadən bildirir ki, dünən gecə saatlarına olan məlumata görə koronavirusa dünyada yoluxanların ümumi sayı 3 milyon 553 min 313 nəfərdir. Ölənlərin ümumi sayı isə 247 min 466-a çatıb. Bu zamana qədər koronavirusdan dünyada 1 milyon 150 min 497 nəfər sağalıb. Eyni zamanda hazırda 2 milyon 155 min 350 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 50 min 58 nəfərinin vəziyyəti ağırdır. 


Dünyada koronavirusun əsarətində ən çox ABŞ qalıb. Dünən gecə saatlarındakı məlumata görə ABŞ-da indiyədək 1 milyon 182 min 615 nəfər koronavirusa yoluxub. Dünən son saatlarda 21 min 841 nəfər yoluxma, 803 nəfər isə ölüm halı qeydə alınıb.

Növbəti sırada yer alan İspaniyada bu gün 1533 nəfər yoluxub, 164 nəfər ölüb. İspaniya dünya üzrə yoluxanların sayına görə ikinci olsa da, Avropada birincidir. İtaliyada bir neçə saat ərzində 1378 nəfər yoluxub, 174 nəfər ölüb.

İngiltərədə isə son saatlarda 4 min 339 nəfər yoluxub, 315 nəfər ölüb.

Növbəti sırada yer alan Fransada gündəlik ölən və yoluxanların sayı ötən həftələrlə müqayisədə xeyli azalıb. Dünən son saatlarda Fransada 297 nəfərin yoluxduğu, 135 nəfərin isə öldüyünü açıqlanıb.

Almaniyada isə dünən 416 nəfər yoluxub, 28 nəfər isə ölüb. Türkiyədə dünən 1 min 670 nəfər yoluxub, 61 nəfər ölüb. Rusiyada isə dünən yoluxanların sayı xeyli yüksəkdir. Belə ki, son gecə saatlarına olan məlumata görə Rusiyada 10 min 633 nəfər yoluxub, 58 nəfər isə ölüb. Növbəti sırada isə İranın yerinə keçən Brazilya gəlir. Brazilyada dünən 1370 nəfər yoluxub, 27 nəfər ölüb. İranda isə dünən 976 nəfər yoluxub, 47 nəfər isə ölüb. 11-ci yerə qədər enən koronavirusun beşiyi sayılan Çində dünən cəmi 2 nəfər yoluxub, ölən isə yoxdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}