Cəlilabadda meşədə yanğın başlayıb
Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb. Şəffaflıq.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq texnikası və canlı qüvvəsi cəlb olunub. Hava küləkli olduğu üçün yanğının miqyası genişlənib. İlkin olaraq əraziyə 4 yanğınsöndürən texnika cəlb olunub. Yanğının qarşısının alınması və ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
