Tacikistanın Baş naziri Azərbaycana səfərə gəlib


Tacikistan Respublikasının Baş naziri Koxir Rasulzoda sentyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Şəffaflıq.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Tacikistanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Koxir Rasulzodanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}