Bakıda bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilib


Bakının Suraxanı rayonunun İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət səbəbindən 50 və 64 nömrəli müntəzəm marşrutların hərəkəti Lütfi Zadə, Səməd bəy Mehmandarov və Abbas Fətullayev küçələri ilə təşkil edilib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}