Gəncədə qız qapıçılar üçün seleksiya məşqləri keçirilib


Gəncədə Avropa çempionatı öncəsi hazırlıq keçən Azərbaycanın U-17 qızlardan ibarət milli komandasının toplanışı çərçivəsində perspektivli qapıçıların müəyyənləşdirilməsi məqsədilə seleksiya məşqləri təşkil olunub.

Bu barədə AFFA-nın mətbuat xidmətindən bildirilib.

Tədbirdə Gəncə və ətraf rayonlardan müxtəlif yaş qruplarını təmsil edən qız qapıçılar iştirak ediblər. Sınaqlar zamanı idmançıların texniki və fiziki hazırlığı, reaksiya, koordinasiya, həmçinin digər xüsusi bacarıqları qiymətləndirilib.

Prosesin Azərbaycanın digər bölgələrində də davam etdirilməsi planlaşdırılır. Əsas məqsəd regionlarda istedadlı oyunçuları müəyyənləşdirmək, onların inkişafını izləmək və milli komandaların bazasını genişləndirməkdir.

AFFA-nın Qadın Futbolu Departamenti tərəfindən qarşıdakı dövrdə müxtəlif rayonlarda bu cür inkişaf tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}