Ələtdə silisium karbid, silisium oksid və silisium istehsal olunacaq
Ələt Azad İqtisadi Zonasında yeni texnologiya əsasında silisium karbid, silisium oksid və silisium istehsal ediləcək. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum – AIIF 2026) sənəd imzalanıb. Sənədi Zonanın Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və "Inovest AFEZCO" şirkətinin təsisçisi Vitali Yevdokimenko imzalayıb.
Xəbəri paylaş
Facebook-da paylaş








