Son altı ayda işində nöqsanlara yol verən 140-dan çox bağça direktoru cəzalandırılıb
Bakıda uşaq bağçalarına qəbul üçün 20 minə yaxın valideyn növbə gözləyir. “Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə çıxışı zamanı deyib. Nazir təəsüflə bildirib ki, burada tələb təklifi üstələyir: “Bu şəxslərlə bağça müdirləri arasında sövdələşmə ehtimalı var. Bizim bununla bağlı mütəmadi yoxlamalarımız olur". O, həmçinin əlavə ediv ki, son altı ayda 40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət verilib. E.Əmrullayev eyni zamanda vurğulayıb ki, gələn il qrant müsabiqə ilə özəl bağçalarda təhsil alanların sayını 5 min nəfərə çatdırmaq planlaşdırılır: "İlkin olaraq qrat müsabiqə ilə özəl bağçalarda təhsil alan uşaqların sayı 1500 nəfər idi. Buna əvvəl pilot layihə kimi başlanılmışdı. Növbəti ildə məqsədimiz bu sayı 5000 nəfərə çatdırmaqdır". Şəffaflıq.az
Facebook-da paylaş
