Şəmkirdə avtomobil piyadanı vurub
Şəmkirdə piyadanı avtomobil vuraraq öldürüb. Şəffaflıq.az-ın məlumatına görə, Şəmkir rayon Qaracəmirli kənd ərazisində yolu qarşı tərəfə keçmək istəyən piyada, 1956-cı il təvəllüdlü Şöhrəddin Məmmədovu avtomobil vurub. O, aldığı xəsarətdən dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş
Facebook-da paylaş
