Şəmkirdə iki nəfəri ildırım vuraraq öldürüb


Şəmkir rayonun Zəyəm qəsəbəsində qadını ildırım vuraraq öldürüb.

Şəffaflıq.az-ın məlumatına görə, Şəmkir rayon sakini, D.Qurbanova ildırım vurması nəticəsində aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

00:26

Şəmkirdə 61 yaşlı kişini ildırım vuraraq öldürüb.

Şəffaflıq.az-ın məlumatına görə, hadisə rayonun Yeni Həyat kəndində qeydə alınıb.

Kənddə 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu ildırım vurub.

O, hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gün ərzində Qərb bölgəsində ildırım vurması nəticəsində daha bir nəfər ölüb, bir nəfər isə ağır xəsarət alıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}