AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Atəşgah Sığorta” və “Meqa Sığorta” ASC-lərə icrası məcburi sərəncam verib. Şəffaflıq.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, hər iki sığorta şirkətində aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzrə çıxıb. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.
Xəbəri paylaş
Facebook-da paylaş
