Dünyada koronavirusa yoluxanlarla bağlı son durum-Rusiya ilk beşlikdə...

 

Dünyada koronavirusa yoluxma və bu virusdan ölüm halları artmaqda davam edir. Son günlər koronavirusa yoluxmanın yüksək olduğu ölkələrin də siyahısında ciddi dəyişiklik baş verir. Yoluxma sayına görə şimal qonşumuz dünyada beşinci sıraya qədər gəlib. 

Şəffaflıq.az xarici mənbələrə istinadən bildirir ki, hazırkı saata görə koronavirusa dünyada yoluxanların ümumi sayı 3 milyon 887 min 205 nəfərdir. Ölənlərin ümumi sayı isə 268 min 975-ə çatıb. Bu zamana qədər koronavirusdan dünyada 1 milyon 331 min 14 nəfər sağalıb. Eyni zamanda hazırda 2 milyon 287 min 216 nəfər aktiv koronavirus xəstəsi var ki, onlarda da 47 min 665 nəfərinin vəziyyəti ağırdır. Bu, xəstələrin cəmi 2 faizini təşkil edir.

Dünyada koronavirusun əsarətində ən çox ABŞ qalıb. Hazırkı saata görə ABŞ-da indiyədək 1 milyon 280 min 366 nəfər koronavirusa yoluxub. Son saatlarda 17 min 274 nəfər yoluxma, 1474 nəfər isə ölüm halı qeydə alınıb.

Növbəti sırada yer alan İspaniyada bu gün 3 min 173 nəfər yoluxub, 213 nəfər ölüb. İspaniya dünya üzrə yoluxanların sayına görə ikinci olsa da, Avropada birincidir. Bu ölkədə yoluxma sayı ötən həftə ilə müqayisədə artan tempə keçib.

İtaliyada bir neçə saat ərzində 1401 nəfər yoluxub, 274 nəfər ölüb.

İngiltərədə isə son saatlarda 5 min 614 nəfər yoluxub, 539 nəfər ölüb.

Əvvəlki günlərdə növbəti sırada Fransa yer alırdısa, bu gündən etibarən 5-ci yerə Rusiya yüksəlib. İndiyədək şimal qonşumuzda 177 min 160 nəfər koronavirusa yoluxub, 1625 nəfər isə ölüb. Bu gün Rusiyada 11 min 231 nəfər yeni yoluxma, 88 ölüm qeydə alınıb.

Növbəti sırada yer alan Fransa son saatlarda Fransa 600 nəfərin yoluxduğunu, 178 nəfərin isə öldüyünü açıqlayıb.

Almaniyada bu gün 853 nəfər yoluxub, 67 nəfər isə ölüb. Almaniyadan sonra qardaş Türkiyə gəlir. Türkiyədə bu gün 1 min 977 nəfər yoluxub, 57 nəfər ölüb. Növbəti sırada isə İranın yerinə keçən Brazilya gəlir. Brazilyada bu gün 1044 nəfər yoluxub, 21 nəfər ölüb. İranda isə bu gün 1485 nəfər yoluxub, 68 nəfər isə ölüb. 11-ci yerə qədər enən koronavirusun beşiyi sayılan Çində bu gün cəmi 2 nəfər yoluxub, ölən isə yoxdur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}